Yığmamız Uelsə məğlub oldu - YENİLƏNİB » Memur.az

Yığmamız Uelsə məğlub oldu - YENİLƏNİB

Yığmamız Uelsə məğlub oldu - YENİLƏNİBMilli komandamız futbol üzrə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uelslə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Kardiff şəhər stadionunda keçirilən matçda meydan sahibləri qələbə qazanıblar.

Meydan sahibləri 26-cı dəqiqədə millimizin müdafiəçisi Pavel Paşayevin avtoqolu ilə hesabda önə keçsə də, 59-cu dəqiqədə Mahir Emreli status-kvonu bərpa edib.

Ancaq 84-cü dəqiqədə Qaret Beylin qoluna əngəl ola bilməyən yığmamız səfərdən məğlub dönüb.

AVRO-2020-nin seçmə mərhələsi



E qrupu, V tur

6 sentyabr

22:45. Uels - Azərbaycan – 2:1

Qol: Pavel Paşayev, 26 (avtoqol), Qaret Beyl, 84 – Mahir Əmrəli, 59



00:05

Milli komandamız futbol üzrə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uelslə qarşılaşır.

Oxu.Az xəbər verir ki, Kardiff şəhər stadionunda keçirilən matçda hesab bərabərləşib.

Meydan sahibləri millimizin müdafiəçisi Pavel Paşayevin avtoqolu ilə hesabda önə keçsə də, 59-cu dəqiqədə Mahir Emreli status-kvonu bərpa edib.

AVRO-2020-nin seçmə mərhələsi

E qrupu, V tur

6 sentyabr

22:45. Uels - Azərbaycan – 1:1

Qol: Pavel Paşayev, 26 (avtoqol) – Mahir Əmrəli, 59



23:57

Milli komandamız futbol üzrə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uelslə qarşılaşır.

Oxu.Az xəbər verir ki, Kardiff şəhər stadionunda keçirilən matçda ikinci hissə gedir.

Oyunda üstünlük Uelsin tərəfindədir.

Meydan sahibləri millimizin müdafiəçisi Pavel Paşayevin avtoqolu ilə hesabda öndədirlər.

Paşayev 26-cı dəqiqədə "fərqlənib".

AVRO-2020-nin seçmə mərhələsi

E qrupu, V tur

6 sentyabr

22:45. Uels - Azərbaycan – 1:0

Qol: Pavel Paşayev, 26 (avtoqol)



23:37

Milli komandamız futbol üzrə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uelslə qarşılaşır.

Oxu.Az xəbər verir ki, Kardiff şəhər stadionunda keçirilən matçda ilk hissə başa çatıb.

Oyunda üstünlük Uelsin tərəfindədir.

Meydan sahibləri millimizin müdafiəçisi Pavel Paşayevin avtoqolu ilə hesabda öndədirlər.

Paşayev 26-cı dəqiqədə "fərqlənib".

AVRO-2020-nin seçmə mərhələsi

E qrupu, V tur

6 sentyabr

22:45. Uels - Azərbaycan – 1:0

Qol: Pavel Paşayev, 26 (avtoqol)



23:16

Milli komandamız futbol üzrə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uelslə qarşılaşır.

Oxu.Az xəbər verir ki, Kardiff şəhər stadionunda keçirilən matçda hesab açılıb.

Meydan sahibləri millimizin müdafiəçisi Pavel Paşayevin avtoqolu ilə hesabda önə keçiblər.

Paşayev 26-cı dəqiqədə "fərqlənib".

Hazırda oyunda hesab 1:0-dır.

AVRO-2020-nin seçmə mərhələsi

E qrupu, V tur

6 sentyabr

22:45. Uels - Azərbaycan – 1:0

Qol: Pavel Paşayev, 26 (avtoqol)



22:49

Milli komandamız futbol üzrə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uelslə qarşılaşır.

Oxu.Az xəbər verir ki, Kardiff şəhər stadionunda keçirilən matçda start fiti səslənib.

Hazırda oyunda hesab 0:0-dır.

AVRO-2020-nin seçmə mərhələsi

E qrupu, V tur

6 sentyabr

22:45. Uels - Azərbaycan – 0:0



21:41

Milli komandamız futbol üzrə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uelslə qarşılaşacaq.

Oxu.Az xəbər verir ki, bu gün Kardiff şəhər stadionunda keçiriləcək matçda hər iki komandanın start heyətləri açıqlanıb.

E qrupunun V turunun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq matçında tərəflər aşağıdakı oyunçularla meydana çıxacaqlar.

AVRO-2020-nin seçmə mərhələsi

E qrupu, V tur

6 sentyabr

22:45. Uels - Azərbaycan

Uels: 1. Ueyn Hennesi, 3. Neyl Teylor, 5. Kris Mefan, 6. Co Rodon, 7. Co Allen, 10. Harri Uilson, 11. Qaret Beyl (k), 14. Konnor Roberts, 18. Etan Ampadu, 19. Tom Lourens, 20. Daniel Ceyms

Ehtiyat oyunçular: 12. Denni Uord, 21. Adam Devis, 2. Kris Qanter, 4. Ben Devis, 8. Metyu Smit, 9. Sem Vokes, 13. Kiffer Mur, 15. Ceyms Lourens, 16. Tom Lokyer, 17. Conni Uilyams, 22. Co Morriel, 23. Uil Vaulks

Baş məşqçi: Rayan Giqqz

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Pavel Paşayev

Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 22. Cavid Hüseynov

Baş məşqçi: Nikola Yurçeviç

Baş hakim: Farrucia Kann Trustin (Malta)



10:23

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Uels yığması ilə qarşılaşacaq.

Oxu.Az xəbər verir ki, oyun bu gün saat 22:45-də Kardiff şəhər stadionunda keçiriləcək.

"CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu maltalı hakimlər idarə edəcəklər.

Qeyd edək ki, üç oyundan xalsız qalan Azərbaycan E qrupunda sonuncu sıradadır.