Məşhur qapıçı karyerasını bitirdi, amma klubunda qalacaq » Memur.az

Məşhur qapıçı karyerasını bitirdi, amma klubunda qalacaq

Məşhur qapıçı karyerasını bitirdi, amma klubunda qalacaqTürkiyə millisinin və "Fənərbaxça"nın sabiq futbolçusu Volkan Dəmirəl karyerasını başa vurub.

Oxu.Az xəbər verir ki, 37 yaşlı qapıçı klubla yeni, fərqli müqavilə bağlayıb.

O, bundan sonra "Fənərbaxça"nın məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, 2002-2019-cu illərdə "Fənərbaxça"da çıxış edən qapıçı 5 çempionluq, 2 kubok, 3 Superkubok qazanıb, 2004 - 2014-cü illərdə formasını geyindiyi milli ilə Avropa çempionatının bürünc mükafatçısı olub.