Messi meydanda sözünü deyir, sonra səhnədən çəkilir"
idman
22-12-2017, 23:36
779
"Real Madrid"in sabiq direktoru Xorxe Valdano Messi və Ronaldu barədə danışıb.
.Az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı funksioner bunları deyib:
"Messi dahidir. Hər il peşəsinə aid yeni keyfiyyətlər qazanmaqla ağıllı insan olduğunu da sübut edir. O və Ronaldu əlçatmaz oyunçulardır. Ronaldunun daha çox mediaya çıxmasına baxmayaraq, hər ikisinin əzmi böyükdür. Onlar bir-birinə lazımdır. Ronaldunun tarixin ən yaxşı futbolçu olduğunu deməsi onun psixoloji tipinə uyğundur. Messi isə meydanda sözünü deyir və sonra səhnədən çəkilir".