Ndlovu "Qarabağ"dan gedir? » Memur.az

Ndlovu "Qarabağ"dan gedir?

Ndlovu "Qarabağ"dan gedir?


"Qarabağ"ın futbolçusu Dino Ndlovu Rumıniyanın ÇFR klubunun maraq dairəsinə düşüb.

Memur.Az report-a istinadən xəbər verir ki, Kluj şəhər təmsilçisi cənubi afrikalı hücumçunu qış transfer dövründə heyətinə cəlb etmək istəyir.

Amma bunun üçün "dəmiryolçular" 27 yaşlı forvardın Ağdam komandasında qalıb-qalmayacağını müəyyənləşdirmək niyyətindədir. Ndlovunun "Qarabağ"la hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır. Hələlik ona yeni müqavilə təklif olunmayıb. Bu halda təcrübəli hücumçu qış fasiləsində istənilən klubla danışıq apara bilər.

Qeyd edək ki, Dino Ndlovu "Qarabağ"da 2016-cı ilin avqustundan çıxış edir. O, indiyədək bütün yarışlarda 23 qol vurub. ÇFR isə Rumıniya çempionatında 18 turdan sonra 40 xalla liderdir.