Qran-pri: 2 cüdoçumuz tatamiyə çıxır
idman
6-10-2017, 12:20
669
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-pri turnirinə start veriləcək.
Memur.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı tatamiyə çıxacaq.
Kişilər
60 kq
İlk mərhələdən azad olan Vüqar Şirinlinin ilk döyüşü 1/4 finala təsadüf edəcək. O, Suşrob Boqiyevlə (Türkmənistan) üz-üzə gələcək.
66 kq
Şirinlidən fərqli, Orxan Hacıağalı mübarizəyə 1/8 finaldan başlayacaq. Həmyerlimiz monqolustanlı Altansuh Dovdonla gücünü yoxlayacaq.
Qeyd edək ki, yığmamız Qran-priyə 5 cüdoçu ilə yollanıb.