Ançelotti gedərkən də jest etdi » Memur.az

Ançelotti gedərkən də jest etdi

Ançelotti gedərkən də jest etdi




"Bayer Munxen"in baş məşqçisi Karlo Ançelotti istefaya göndərilib.

Memur.Az goal.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisi müvəqqəti olaraq köməkçi-məşqçi Villi Sanyola həvalə olunub. O, komandanı Bundesliqanın VI turunda "Hertha" ilə görüşə çıxaracaq. Oyundan sonra yeni baş məşqçinin adı açıqlanacaq.

Karlo Ançelotti ona veriləcək 17,6 milyon avroluq təzminatı "haqqım deyil" deyərək rədd edib.

Qeyd edək ki, "Bayer Munhen" ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində Fransada PSJ-yə 0:3 hesabı ilə uduzub.

Münhenlilər Bundesliqada 6 turdan sonra 13 xalla 3-cü pillədə qərarlaşıb. Karlo Ançelotti 1 iyul 2016-cı ildən Almaniya təmsilçisinə rəhbərlik edir.

Onun komandası ötən mövsüm ölkə çempionu olub