Avro-2017: Hollandiya və Serbiya yarımfinalda » Memur.az

Avro-2017: Hollandiya və Serbiya yarımfinalda

Avro-2017: Hollandiya və Serbiya yarımfinalda





Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında bu gün 1/4 final oyunlarına start verilib.

Memur.Az apasport.az-a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında 2 qarşılaşma baş tutub.

Mərhələnin ilk görüşündə İtaliya və Hollandiya yığmaları üz-üzə gəliblər. Çətinliklə üzləşməyən "narıncılar" 3:0 hesablı qələbə qazanaraq, yarımfinala yüksəliblər. Hollandların növbəti rəqibi Azərbaycan - Almaniya cütünün qalibi olacaq.

Günə Serbiya - Belarus oyunu ilə yekun vurulub. Aşkar favorit hesab edilən serblər sensasiyaya imkan verməyiblər. Onlar 3:0 hesablı qələbə sayəsində yarımfinala adlayan ikinci komanda olublar.

Avro-2017

1/4 final mərhələsi

28 sentyabr

İtaliya - Hollandiya - 0:3 (17:25, 20:25, 13:25)

Serbiya - Belarus - 3:0 (25:19, 25:12, 25:14)


Avro-2017: Hollandiya və Serbiya yarımfinalda