Qurban Qurbanovun futbolçusuna əsəbləşdiyi an – VİDEO » Memur.az

Qurban Qurbanovun futbolçusuna əsəbləşdiyi an – VİDEO

Qurban Qurbanovun futbolçusuna əsəbləşdiyi an – VİDEO


Azərbaycan premyer-liqasının 6-cı turunun "Qarabağ" və "Sumqayıt" komandaları arasında sentyabrın 22-də keçirilən oyununda (4:1) xoşagəlməz hadisə baş verib.

Memur.Az-ın virtualaz.org-a istinadən verdiyi məlumata görə, 88-ci dəqiqədə "Qarabağ"ın ispan legioneri Miçelə ikinci sarı kart göstərilib. Meydançanı tərk edərkən baş məşqçi Qurban Qurbanov futbolçuya iradını bildirib.

O, etiraz edəndə isə Q. Qurbanov öz narazılığını əlinin kəskin jestləriylə ifadə edib.