Azərbaycan cüdo üzrə Avropa kubokunda 12 medal qazanıb » Memur.az

Azərbaycan cüdo üzrə Avropa kubokunda 12 medal qazanıb

Azərbaycan cüdo üzrə Avropa kubokunda 12 medal qazanıbMedallardan altısı qızıldır.

Avstriyanın Obervarta və İspaniyanın Fuenhirol şəhərində böyüklər və yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokunun yarışları başa çatıb.

Memur.Az xəbər verir ki, Avstriyada yarışmanın ikinci günü Azərbaycan bir qızıl medal qazanıb.

Bu medal 100 kq-dan yuxarı çəki kateqoriyasında yarışan Uşanqi Kokaurinin aktivindədir.

Beləliklə, Obervartada komandamız iki medal qazanıb.

Xatırladaq ki, Vüqar Şirinli (60 kq) bürünc medalın sahibi olub.

Bununla yanaşı, İspaniyada yarışın ikinci günündə fəxri kürsünün ən yüksək pilləsinə Paşa Əliyev (73 kq) və Arif Qasımov (81 kq) qalxıb.

Burada iki gün ərzində Azərbaycan komandasının üzvləri 10 medal – 5 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Qızıl medalın sahibi Rövşən Əliyev (50 kq), Vüsal İbrahimov (55 kq) və Elçin Hüseynov (60 kq) olub. Şəfəq Həmidova (44 kq) gümüş medal, Rüfət Məmmədov (50 kq), Yaşar Nəcəfov (55 kq), Murad Fətiyev (66 kq) və Gültac Məmmədəliyeva (48 kq) bürünc medal qazanıblar.