“Beşiktaş”ın yeni prezidenti seçildi
idman
4-12-2023, 09:25
168

Hasan Arat rəqibi Serdal Adalı üzərində üstünlük əldə edib.
Qeyd olunur ki, Arat “ağ-qaralar” klubunun 35-ci prezidentidir.
Hasan Arat prezident seçildikdən sonra böyük sevinc yaşayıb və zalda idarə heyəti və qurultay üzvlərini salamlayaraq onların təbriklərini qəbul edib.
Xatırladaq ki, “Beşiktaş”ın bundan öncəki prezidenti Ahmet Nur Çebi idi.
Mənbə: ntv.com