Neymar “Barselona”ya qayıda bilər » Memur.az

Neymar “Barselona”ya qayıda bilər

Neymar “Barselona”ya qayıda bilərPSJ-nin hücumçusu Neymar “Barselona”ya qayıda bilər.

Karyerasını “İnter Mayami”də davam etdirməyə qərar verən Lionel Messinin transferinin alınmamasından sonra İspaniya klubu diqqətini digər oyunçulara yönəldib. Kataloniyalılar ulduz futbolçunu transfer etmək istəyirlər.

Neymar artıq “Barselona”ya təklif olunub. Amma parislilərin irəli sürə biləcəyi şərtlər braziliyalı hücumçunun transferi üçün danışıqları çətinləşdirə bilər.

Neymar ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.
Daha əvvəl bildirilib ki, PSJ bu yay Neymar da daxil olmaqla bir neçə ulduz futbolçunu satmağı planlaşdırır.

Neymar 2017-ci ildə 222 milyon avroya Kataloniya klubundan Paris təmsilçisinə keçib.