Azərbaycanın daha üç taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəyə başlayır » Memur.az

Azərbaycanın daha üç taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

Azərbaycanın daha üç taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəyə başlayırBakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın daha üç idmançısı mübarizəyə başlayacaq.

80 kq çəki dərəcəsində yarışan Əliəskər Əliyev 1/16 final mərhələsində Ababakar Soumare (Seneqal) - Teddi Opoya Lessakola (Qabon) cütünün qalibi ilə üz-üzə gələcək.

87 kq-da çıxış edən Taleh Süleymanov eyni raundda Manuel Pollet (Belçika) - Laurentiu Snakov (Rumıniya) duelinin güclüsü ilə görüşəcək.
Qadınların yarışında Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova dayanq üzərinə çıxacaq. 49 kq-da qüvvəsini sınayan idmançı 1/16 finalda Çina Murakami (Yaponiya) - Jenna Ylonen (Finlandiya) görüşünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın üç idmançısı medal qazana bilməyib. Dünya çempionatı iyunun 4-də başa çatacaq.