Avropa çempionatı: Beş güləşçimiz mübarizəyə başlayır, üçü final görüşünə çıxacaq » Memur.az

Avropa çempionatı: Beş güləşçimiz mübarizəyə başlayır, üçü final görüşünə çıxacaq

Avropa çempionatı: Beş güləşçimiz mübarizəyə başlayır, üçü final görüşünə çıxacaqXorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın daha beş sərbəst güləşçisi mübarizəyə başlayacaq.

61 kq çəki dərəcəsində İntiqam Vəlizadə təsnifat mərhələsində Taras Markoviçlə (Ukrayna) üz-üzə gələcək.

74 kq-dakı Cəbrayıl Hacıyev təsnifatda Simon Marklla (Avstriya) qarşılaşacaq.

86 kq-dakı Abubakr Abakarov 1/8 finalda Fatih Erdin (Türkiyə) - Ruslan Valiyev (Fransa) cütünün qalibi ilə, 92 kq-dakı Osman Nurmaqomedov 1/4 finalda Filip Finesilver (İsrail) - Recep Haydari (Şimali Makedoniya) duelinin güclüsü ilə görüşəcək.
125 kq-dakı Georgi Meşvildişvili təsnifatda Gennadi Kudinoviçlə (Almaniya) qarşılaşacaq.

Dünən mübarizəyə başlayan beş sərbəst güləşçimiz medal görüşlərinə çıxacaq. 57 kq-dakı Əliabbas Rzazadə qızıl medal uğrunda Süleyman Atlı (Türkiyə) ilə, 70 kq-dakı Hacı Əliyev Ramazan Ramazanovla (Bolqarıstan), 97 kq-dakı Maqomedxan Maqomedov Givi Matçaraşvili (Gürcüstan) ilə üz-üzə gələcək.

65 kq çəki dərəcəsində Əli Rəhimzadə təsəlliverici görüşdə Coşua Finesilverlə, 79 kq-dakı Səbuhi Əmiraslanov bürünc medal qarşılaşmasında Axsarbek Qulayev - Hetik Çabolov cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.