FIFA yeni formatı təsdiqlədi: Dünya çempionatında 48 komanda olacaq
idman
15-03-2023, 09:26
63

Mundialda 48 milli komanda yarışacaq. Bununla bağlıq qərar ali futbol qurumunun Ruandanın paytaxtı Kiqalidə keçirilən iclasında qəbul edilib.
Mundialda hərəsində 4 komanda olmaqla 12 qrup olacaq. Qrupu ilk iki sırada bitirənlər və 8 ən yaxşı üçüncü yerin sahibi 1/16 finala yüksələcək. Beləliklə, oyun sayı 104-ə çatacaq.