Benzema Messinin rekordunu təkrarlayıb » Memur.az

Benzema Messinin rekordunu təkrarlayıb

Benzema Messinin rekordunu təkrarlayıbİspaniyanın “Real Madrid” klubunun futbolçusu Kərim Benzema hazırda Fransa PSJ-sində çıxış edən Lionel Messinin rekordunu təkrarlayıb.

Oxu.Az-ın məlumatına görə, 36 yaşlı hücumçu buna İngiltərədə “Liverpul”a 5:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda nail olub.

Görüşdə dubl edən fransalı forvard ardıcıl 18-ci mövsümdə avrokuboklarda fərqlənib. Daha əvvəl bunu yalnız Argentina yığmasının üzvü Lionel Messi edib. Hər iki oyunçu 2005/2006 mövsümündən Çempionlar Liqasında qol vurub.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı martın 15-də İspaniyada olacaq.