Böyük Dəbilqə: Rüstəm Orucov və daha iki cüdoçumuz mübarizəyə başlayacaq » Memur.az

Böyük Dəbilqə: Rüstəm Orucov və daha iki cüdoçumuz mübarizəyə başlayacaq

Böyük Dəbilqə: Rüstəm Orucov və daha iki cüdoçumuz mübarizəyə başlayacaqBu gün Azərbaycanın daha üç cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/32 finalda Gürcüstan təmsilçisi Mixeili Baxbaxaşvili ilə üz-üzə gələcək.

81 kq-da mübarizə aparan Rüstəm Orucov 1/16 finalda Monqolustandan olan Bolor-Oçir Gereltuyanın, eyni çəkidəki Zelim Tçkayev onun həmyerlisi Batbold Bulqanın müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, yarışın ilk günündə Orxan Səfərov (66 kq) gümüş medala sahib çıxıb. Böyük Dəbilqə fevralın 18-də başa çatacaq.