PFL-in yeni prezidenti kadr islahatlarından DANIŞDI » Memur.az

PFL-in yeni prezidenti kadr islahatlarından DANIŞDI

PFL-in yeni prezidenti kadr islahatlarından DANIŞDI“Mənə bir neçə gün vaxt lazımdır ki, hazırkı strukturu öyrənim və dəyişikliklərlə bağlı qərar verim. Yeni kadr təyinatları mütləq olacaq”.

Bunu “Report”a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) yeni prezidenti seçilən Elxan Səmədov deyib.

48 yaşlı funksioner PFL prezidenti seçildiyi üçün AFFA və klub rəhbərlərinə təşəkkür etdiyini bildirib:

“Bu vəzifəni mənə etibar etdikləri üçün onlara minnətdaram. Mənim üçün gözlənilməz təklif oldu. Rəhbərlik tərəfindən qarşımıza qoyulan birinci məqsəd yarışların tam şəffaf keçirilməsidir”.

Elxan Səmədov Azərbaycan Premyer Liqasının yeni mövsümü üçün sponsorla danışıqların davam etdiyini də xatırladıb:

“Böyük ehtimalla, qarşıdakı mövsüm sponsorla keçiriləcək. Hazırda danışıqlar aparılır. Yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, PFL-in əvvəlki prezidenti Ramin Musayev səhhəti ilə əlaqədar vəzifəsindən ayrılıb.