Tarix : 23-07-2022, 10:25 | Bölmə: idman

Tofiq Musayev: “Əvvəldən demişdim ki, döyüş vaxtından tez qurtaracaq”“Əvvəlki müsahibəmdə də demişdim ki, döyüş vaxtından tez qurtaracaq. Sevindirici haldır ki, vaxtından əvvəl qələbə qazandım”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın MMA idmançısı Tofiq Musayev “Bellator”dakı ilk görüşündə ABŞ təmsilçisi Sidney Autlounu cəmi 24 saniyəyə nokauta göndərməsi barədə danışarkən deyib.

33 yaşlı idmançı rəqibə hörmətlə yanaşdığını bildirib:

“Reytinqdə 1-ci yerdə gedirdi. Düşünürdüm ki, döyüşümüz maraqlı olacaq. Belə olub-olmadığını tamaşaçılar deyə bilər. Artıq təlim-məşq toplanışı haqqında fikirləşirik. Hazırlıq keçəndən sonra məşqçilər heyəti və menecerim məsləhət görərsə, növbəti aylarda döyüşməyə hazıram”.

Musayev “Pitbull” ləqəbli braziliyalı Patriki Freyre ilə döyüşünü Azərbaycanda keçirmək istədiyini söyləyib:

“Çox istərdim ki, “Bellator” Vətənimdə olsun. Bu, bir çox yeniyetmə və gəncin bu idman növünə marağını daha da artırar. “Bellator”la müqavilə bağlayanda “Pitbull” şəxsi “Instagram” səhifəsində mənimlə revanş döyüşünə çıxmaq istədiyini yazmışdı. Onunla ancaq kəmər uğrunda döyüşə bilərəm”.

Oxşar xəbərlər