Boccia idman növü üzrə milli komandamızın üzvləri YARIMFİNALDA
Tarix : 6-04-2022, 16:34 | Bölmə: idman

Oxu.Az-a verilən məlumata görə, Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında öz kateqoriyaları üzrə yarımfinala vəsiqə qazananlar Bəhruz Mirzəyev (BC-4), Sona Ağayeva (BC-2) və Orxan Kərimovdur (BC-2).
Yarımfinalda idmançımız Bəhruz Mirzəyev İspaniyadan olan rəqibi Vasile Agache, Sona Ağayeva italiyalı Claudia Targa, Orxan Kərimov isə belçikalı Francis Rmbouts ilə qarşılaşacaqlar.
Yarıfinallara Bakı vaxtı ilə saat 16:30-da start veriləcək.
Qeyd edək ki, yarış Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.
Oxşar xəbərlər