Avtomobil su arxına düşdü - Sürücü öldü

Bu gün, 10:39













Beyləqanın Bahar qəsəbəsindən keçən avtomobil yolunda qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 17-də saat 16:30 radələrində qeydə alınıb.

Belə ki, Arif Aslanov idarə etdiyi “VAZ-2106” markalı avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsi su arxına aşıb.

Nəticədə sürücü ölüb, 1967-ci il təvəllüdlü sərnişin, Beyləqan sakini Həbib Kərimov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Mənbə: https://memurtv.az/hadise/20166-avtomobil-su-arxina-dushdu-surucu-oldu.html