ABŞ-də meşə yanğınları 1,3 min hektar ərazini əhatə edib
8-01-2025, 11:39
ABŞ-nin Los-Anceles dairəsində baş verən yanğının sahəsi 1344 hektara çatıb, yanğının lokallaşdırılması sıfır səviyyəsindədir.
“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kaliforniya ştatının yanğınsöndürmə xidməti məlumat yayıb.
“PowerOutage.us” monitorinq xidmətinin məlumatına görə, yanğınlar fonunda Los-Anceles dairəsinin ən azı 220 min sakini, yəni dairə əhalisinin 6,7 %-i işıqsız qalıb.
Kaliforniya yanğınsöndürmə xidmətinin bu gün yaydığı məlumata görə, Los-Anceles dairəsinin qərbində, təxminən 27 min nəfərin yaşadığı ərazidə meşə yanğını başlayıb. Əvvəlcə yanğının sahəsi 3 kvadrat kilometrdən çox olub, lakin güclü külək səbəbindən alov sürətlə yayılıb.
Mənbə: https://memurtv.az/hadise/14092-absh-de-meshe-yanginlari-13-min-hektar-erazini-ehate-edib.html