Tibetdə güclü zəlzələ olub
7-01-2025, 09:27
Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda 7,1 maqnitudalı zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.
Məlumata görə, yeraltı təkanların episentri Şiqadze şəhərindən 163 km məsafədə yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Mənbə: https://memurtv.az/hadise/14081-tibetde-guclu-zelzele-olub.html