İndoneziya sahillərində 5,1 maqnitudalı zəlzələ olub

16-12-2024, 09:28

İndoneziya sahillərində 5,1 maqnitudalı zəlzələ olubİndoneziya sahillərində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

“Report”un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 840 min sakinin yaşadığı Padanq şəhərindən 69 km cənub-qərbdə, ocağı 62 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Mənbə: https://memurtv.az/hadise/13980-ndoneziya-sahillerinde-51-maqnitudali-zelzele-olub.html