Göygöldə toyda döyülərək ağır xəsarət alan şəxs xəstəxanada ölüb
18-09-2024, 09:54
Göygöl rayonunda toyda döyülərək ağır xəsarət alan şəxs xəstəxanada ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, sentyabrın 10-da Göygöl rayonunda keçirilən toy mərasimində döyülərək ağır xəsarətlər alan 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyev xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü E.Nəbiyev xuliqanlıq zəmnində döyülərək xəstəxanaya yerləşdirilmişdi.
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, 1977-ci il təvəllüdlü Ramiz Cəlilov saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin musiqi sifarişi üstündə baş verdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: https://memurtv.az/hadise/13596-goygolde-toyda-doyulerek-agir-xesaret-alan-shexs-xestexanada-olub.html