Çilinin şimalında güclü zəlzələ olub

19-07-2024, 09:25

Çilinin şimalında güclü zəlzələ olubÇilidə 7,3 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Qeyd olunub ki, yeraltı təkanların episentri ölkənin şimalındakı San-Pedro-de-Atakama qəsəbəsindən (əhali: 2 min nəfər) 43 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 128 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Mənbə: https://memurtv.az/hadise/13247-chilinin-shimalinda-guclu-zelzele-olub.html