Ukrayna paytaxtında silsilə partlayışlar: Biri hava limanının yaxınlığında olub
25-03-2024, 14:48
Ukraynanın paytaxtı Kiyevdə bir neçə saniyəlik fərqlə üç güclü partlayış baş verib.
İlkin məlumata görə, partlayışlardan biri Kiyevin Julyanı hava limanının yaxınlığında, digəri isə Kiyevin cənub-qərbindəki Qoloseyevski rayonunda qeydə alınıb.
Partlayışların ardınca Kiyev şəhərinin meri Vitali Kliçko sakinləri hava hücumu üçün sığınacaqlara getməyə çağırıb.
Mənbə: Unian
Mənbə: https://memurtv.az/hadise/12725-ukrayna-paytaxtinda-silsile-partlayishlar-biri-hava-limaninin-yaxinliginda-olub.html