İranda güclü zəlzələ olub

5-03-2024, 10:22

İranda güclü zəlzələ olubİranın cənub-şərq bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanların episentri təxminən 13 min nəfər əhalisi olan Fanuc şəhərindən 50 kilometr şimal-qərbdə yerləşib.

Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində olub.
İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.

Mənbə: Emsc.eu

Mənbə: https://memurtv.az/hadise/12644-randa-guclu-zelzele-olub.html