Bakıda yeniyetmə bıçaqlandı
28-02-2024, 10:35
Bakının Nəsimi rayonunda bıçaqlanma baş verib.
APA xəbər verir ki, hadisə Cavadxan küçəsində qeydə alınıb.
2006-cı il təvəllüdlü Oruc Elşən oğlu Ağayev dava zamanı bıçaqlanıb.
O, sağrı və kürək nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparılır.
Mənbə: https://memurtv.az/hadise/12610-bakida-yeniyetme-bichaqlandi.html