Xəzər dənizində zəlzələ baş verib
27-01-2024, 11:06
Qala stansiyasından 124 kilometr şərqdə, Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib ki, yanvarın 26-da 23:11-də qeydə alınan zəlzələnin episentri 62 kilometr dərinlikdə yerləşib.
Mənbə: https://memurtv.az/hadise/12487-xezer-denizinde-zelzele-bash-verib.html