Göyçay sakini dəm qazından zəhərlənib
24-01-2024, 09:28
Göyçayda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
APA xəbər verir ki, rayonun Potu Kürd kənd sakini, 1961-ci il təvəllüdlü Xuraman Əmir qızı Süleymanova dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Reanimasiyaya yerləşdirilən şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.
Mənbə: https://memurtv.az/hadise/12475-goychay-sakini-dem-qazindan-zeherlenib.html