ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesi PUA və raketlərin hücumuna məruz qalıb
4-12-2023, 09:24
ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Carney” esminesi pilotsuz uçuş aparatları (PUA) və Yəməndən atılan raketlərlə hücuma məruz qalıb.
Bu barədə Pentaqon məlumat yayıb.
“Yəməndən ABŞ-nin “Carney” esminesi və Qırmızı dənizdəki ticarət gəmilərinə raketlər və PUA-lar atılıb”, - deyə məlumatda bildirilir.
Mənbə: “Al Jazeera”
Mənbə: https://memurtv.az/hadise/12332-absh-herbi-deniz-quvvelerinin-esminesi-pua-ve-raketlerin-hucumuna-meruz-qalib.html