Sabirabadda 20 yaşlı qadın intihar edib
29-08-2023, 09:47
Sabirabad rayonunda 20 yaşlı qadın intihar edib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Axtaçı kəndində qeydə alınıb.
Kənd sakini, 2003-cü il təvəllüdlü Aydan Ayaz qızı Fərzəliyeva yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: https://memurtv.az/hadise/11852-sabirabadda-20-yashli-qadin-intihar-edib.html