Türkiyədə zəlzələ olub

11-08-2023, 10:10

Türkiyədə zəlzələ olubTürkiyənin Bingöl şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 04:55-də (Bakı vaxtı ilə 05:55 - red.) baş verən zəlzələnin ocağı 7,43 kilometr dərinlikdə olub.
İtki və dağıntılar yoxdur.

Mənbə: Milliyet

Mənbə: https://memurtv.az/hadise/11808-turkiyede-zelzele-olub.html