Bakıda kişi tanışı tərəfindən bıçaqlanıb

13-07-2023, 09:48

Bakıda kişi tanışı tərəfindən bıçaqlanıbBakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü İlqar Firuddin oğlu Əsgərov tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

Mənbə: https://memurtv.az/hadise/11629-bakida-kishi-tanishi-terefinden-bichaqlanib.html