Avtomobili yol kənarına çırpılan sürücü ağır yaralanıb

31-05-2023, 10:13

Avtomobili yol kənarına çırpılan sürücü ağır yaralanıbBakının Nizami rayonunda 29 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, 1994-cü il təvəllüdlü Osmanov İdris Mübariz oğlu idarə etdiyi avtomobili yol kənarındakı maneəyə çırpıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Mənbə: https://memurtv.az/hadise/11441-avtomobili-yol-kenarina-chirpilan-surucu-agir-yaralanib.html