Bakıda avtomobil 42 yaşlı qadını vurub

25-05-2023, 09:35

Bakıda avtomobil 42 yaşlı qadını vurubBakının Sabunçu rayonunda 42 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1981-ci il təvəllüdlü Leyla Balamməd qızı Mirzəliyevanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: https://memurtv.az/hadise/11421-bakida-avtomobil-42-yashli-qadini-vurub.html