Bakı metrosunda hadisə: Sərnişin öldü
7-03-2023, 17:35
Bakı metrosunda kişi ölüb.
Oxu.Az xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasında baş verib.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib ki, ölən şəxs ahıl yaşlarında bir kişidir:
"Sərnişin özünü pis hiss edib. Dərhal təcili tibbi yardım dəvət edilib. Təəssüf ki, təcili yardıma məlumat verildikdən az sonra sərnişin dünyasını dəyişib”.
Mənbə: https://memurtv.az/hadise/11080-baki-metrosunda-hadise-sernishin-oldu.html