Tacikistanda zəlzələ baş verib

28-02-2023, 09:51

Tacikistanda zəlzələ baş veribTacikistanda 5 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri 10,8 min nəfərin yaşadığı Murqab qəsəbəsindən 58 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 60 km dərinlikdə olub.

Ölənlər və dağıntılar barədə məlumat yoxdur.

Mənbə: https://memurtv.az/hadise/11048-tacikistanda-zelzele-bash-verib.html