Paytaxt sakini naməlum şəxs tərəfindən bıçaqlanıb

22-02-2023, 10:01

Paytaxt sakini naməlum şəxs tərəfindən bıçaqlanıbBakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə avtomobil servisinin qarşısında qeydə alınıb.

1987-ci il təvəllüdlü Əsgərov İlqar Firuddin oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.

Mənbə: https://memurtv.az/hadise/11026-paytaxt-sakini-namelum-shexs-terefinden-bichaqlanib.html