Bakıda yolu keçən 32 yaşlı kişini avtomobil vurdu
18-01-2023, 09:48
Bakının Xətai rayonunda 32 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report”un məlumatına görə, 1991-ci il təvəllüdlü Babayev Müzəffər Səfər oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır
Mənbə: https://memurtv.az/hadise/10877-bakida-yolu-kechen-32-yashli-kishini-avtomobil-vurdu.html