Gəncədə vurulan piyada Bakıda vəfat etdi
13-10-2022, 12:04
Gəncə şəhərində vurulan piyada Bakıda vəfat edib.
Oxu.Az-ın məlumatına görə, oktyabrın 4-də Gəncə şəhərində şəhər sakini Firdovsi Yusibov idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə piyada, Samux rayon sakini, 1943-cü il təvəllüdlü Fərrux Mustafayevi vurub.
Yaralı ağır olduğundan Bakı şəhər Respublika Klinik Xəstəxanasına yerləşdirib.
Oktyabrın 12-də gecə saatlarında piyada yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Mənbə: https://memurtv.az/hadise/10649-gencede-vurulan-piyada-bakida-vefat-etdi.html