Azərbaycanda şagird məktəbdə ÖZÜNÜ ASDI
4-10-2022, 12:25
Azərbaycanda məktəbdə intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Kültəpə kənd orta məktəbində baş verib.
Orada təhsil alan, 10-cu sinif şagirdi Nəcəfov Xəyal Sərxan oğlu sinif otağında özünü asıb.
Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Babək Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Mənbə: https://memurtv.az/hadise/10621-azerbaycanda-shagird-mektebde-ozunu-asd.html