Tarix : 29-05-2021, 12:28 | Bölmə: hadise

Bakıda 7 yaşlı uşaq qardaşını avtomobillə vurub öldürdüBinəqədi rayonunun Binəqədi qəsəbəsində faciəli hadisə baş verib.

“Report” xəbər verir ki, 2014-cü il təvəllüdlü N.Valehov nəzarətsiz qalaraq yaşadıqları evin həyətində atasının avtomobilini işə salaraq arxaya hərəkət etdirib.

Bu zaman maşının arxasında dayanan 2013-cü il təvəllüdlü qardaşı nəqliyyat vasitəsinin təkərləri altında qalıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər