Abş​​​eronda qadına küçədə hücum edildi » Memur.az

Abş​​​eronda qadına küçədə hücum edildi

Abş​​​eronda qadına küçədə hücum edildiAbş​​​eronda qadına küçədə hücum edilib.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Aslanova Zülfiyyə Möhsüm qızı işdən çıxıb evə gedərkən hücuma məruz qalıb. Nəticədə o, ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin və sol qulağın kəsilmiş yarası diaqnozları qoyulub.

İlkin məlumata görə, qadına hücum edən şəxs keçmiş həyat yoldaşıdır.

Hadisənin təfərrüatı araşdırılır.