Bakıda 56 yaşlı qadın naməlum şəxs tərəfindən bıçaqlandı » Memur.az

Bakıda 56 yaşlı qadın naməlum şəxs tərəfindən bıçaqlandı

Bakıda 56 yaşlı qadın naməlum şəxs tərəfindən bıçaqlandıBakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Məmmədova Mayisə Məmməd qızı naməlum şəraitdə bıçaqlanıb. Yaralı təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın boşluğunda bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.