Tayvanda partlayışda 190 nəfər yaralandı » Memur.az

Tayvanda partlayışda 190 nəfər yaralandı

Tayvanda partlayışda 190 nəfər yaralandı

Tayvanın Sinbey şəhərindəki akvaparkda diskoteka zamanı baş verən partlayışda zərər çəkənlərin sayı 190 nəfərə yüksəlib.

AZƏRTAC Çinin Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, 80 nəfərə qədər insan ağır yanıq xəsarətləri alıb. Hadisə yerinə 50 təcili yardım maşını gəlib. Həkimlərin sözlərinə görə, xəsarət alanların bir çoxunda dəri örtüyünün 40 faizdən çox hissəsi yanıb.

İlkin versiyaya görə, faciəyə pirotexniki şounun səbəb olduğu ehtimal edilir.