Bakıda iki nəfər xilas edilib » Memur.az

Bakıda iki nəfər xilas edilib

Bakıda iki nəfər xilas edilib

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, vətəndaş xilasedicilər tərəfindən xilas edilib. Əməliyyat saat 11:40-da başa çatıb.

Bundan başqa bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradılıb. Əməliyyat saat 10:39-da başa çatıb.