Ukraynalı hərbçi koronavirusdan öldü » Memur.az

Ukraynalı hərbçi koronavirusdan öldü

Ukraynalı hərbçi koronavirusdan öldüUkrayna ordusunda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

TASS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Tibbi komandanlığı məlumat yayıb.

Komandanlıqdan bildirilib ki, dörd hərbçi koronavirusa yoluxub, 87 hərbi qulluqçu isə karantindədir.

Qeyd edək ki, Ukraynada 45 nəfər COVID-19 pandemiyasının qurbanı olub.