Bakıda kişi arvadını qısqandığı üçün güllələdi - Özünü də öldürmək istədi » Memur.az

Bakıda kişi arvadını qısqandığı üçün güllələdi - Özünü də öldürmək istədi

Bakıda kişi arvadını qısqandığı üçün güllələdi - Özünü də öldürmək istədiBakıda kişi həyat yoldaşını güllələdikdən sonra özünə atəş açıb.

Bununla bağlı Oxu.Az-a Suraxanı rayon Prokurorluğundan məlumat verilib.

Hadisə iyunun 1-i axşam saatlarında Hövsan qəsəbəsində qeydə alınıb.

61 yaşlı Novruzov Zahid Balabəy oğlu ov tüfəngi ilə 55 yaşlı həyat yoldaşı Novruzova Təranə Yəhya qızının baş nahiyəsindən atəş açaraq öldürüb. Daha sonra kişi özünə atəş açaraq, intihar etmək istəyib. Ancaq Z.Novruzov sağ qalıb və hazırda xəstəxanadadır.

İlkin ehtimallara görə, kişi qadını qısqanclıq zəminində qətlə yetirib. Qətli törətməzdən əvvəl Z.Novruzov spirtli içki qəbul edibmiş.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

Qeyd edək ki, Nəsimi rayonunda həmin gün bıçaqlanma hadisəsi qeydə alınıb. Bununla bağlı Oxu.Az-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə 18:30-da Cavadxan küçəsində baş verib. Xırdalan sakini 32 yaşlı İsmayılov Eldar Əlisa oğluna doqquz bıçaq zərbəsi vurulub, onlardan biri daxilə nüfuz edib. Həmin şəxs ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

19-cu Polis Bölməsinin apardığı araşdırma zamanı hadisənin 51 yaşlı Əliyev Elvin Nəsir oğlu tərəfindən törədildiyi müəyyənləşib. Hazırda onun saxlanılması ilə bağlı əməliyyat aparılır.