10 min gənc Heydər Əliyevin portretini yaradıb - GƏNCƏDƏ » Memur.az

10 min gənc Heydər Əliyevin portretini yaradıb - GƏNCƏDƏ

10 min gənc Heydər Əliyevin portretini yaradıb - GƏNCƏDƏ

Azərbaycanın Gəncə şəhərində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü fərqli şəkildə qeyd olunub.

Gəncə şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, 10 min gəncəli gənc Heydər Əliyevin canlı portretini və imzasını yaradıb. Heydər Əliyev Meydanında təşkil olunan aksiya böyük marağa səbəb olub.

Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar hadisə münasibətilə gəncəliləri təbrik edib. O bildirib ki, gəncəli gənclər bu gün rekorda imza atıblar. Elmar Vəliyevin sözlərinə görə, aksiya rəsmi olaraq, «Ginnesin rekordlar kitabı»na daxil ediləcək və sertifikat təqdim olunacaq.